Vaşinqtondakılar dəli olub? – Solovyov

ABŞ Ukraynaya Rusiyanın şəhərlərini vura biləcək ən müasir raketlər vermək niyyətindədir. Vaşinqtondakılar dəli olub? Onlar düşünürlər ki, əgər Kiyev bu raketlərlə Rusiyanın şəhərlərinə vurarsa, biz Ukraynaya zərbələrlə cavab verəcəyik?

Axar.az xəbər verir ki, bu barədə "Rossiya 1" telekanalının efirində rusiyalı teleaparıcı Vladimir Solovyov bildirib.

"Əgər belə bir hadisə baş verərsə, Ukrayna müvəqqəti olaraq kənarda qalacaq. Bizim üçün yeni məqsəd, yeni hədəf müəyyən olunacaq. Biz bu raketləri Kiyevə verənlərlə birbaşa tanış olacağıq. Sonra Amerika rəhbərliyinin üzünə baxarıq, onlara bütün gücümüzü göstərəcəyik. Bu ABŞ-a az görünməyəcək. Onları peşman edəcəyik", - deyə o qeyd edib.

Axar.az

ƏVVƏLKİ XƏBƏR

Əməkdar artistə “Tərəqqi” medalı təqdim olunub

SONRAKI XƏBƏR

“Azəriqaz”ın direktoru Şabrandakı güclü yanğının fəsadlarından DANIŞDI