Haluk Bayraktar Ukrayna Prezidenti ilə görüşüb

Haluk Bayraktar Ukrayna Prezidenti ilə <span class="qirmizi">görüşüb</span>

"Baykar Makina"nın baş direktoru Haluk Bayraktar Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüş barədə təəssüratını bölüşüb.

“Report” xəbər verir ki, o, bu barədə tviter səhifəsində yazıb.

“Xalqına liderlik, ordusuna ali baş komandanlıq edən Ukraynanın qəhrəmanıPrezident Zelenski ilə görüşdük. Ən qısa zamanda ədalətli və daimi sülhün təmin olunacağına ümid edirik”, - H.Bayraktar bildirib.

Qeyd edək ki, Türkiyə nümayəndə heyəti Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə avqustun 18-də Ukraynada səfərə olub. H.Bayraktar da heyətin tərkibindəymiş.

Mənbə: report.az