Beynəlxalq Astronavtika Federasiyası Bakıda keçiriləcək tədbirlə bağlı müraciət yayıb

Beynəlxalq Astronavtika Federasiyası Bakıda keçiriləcək tədbirlə bağlı müraciət yayıb<span class="qirmizi"></span>

Beynəlxalq Astronavtika Federasiyası (IAF) gələn ay Fransanın paytaxtı Parisdə keçiriləcək Beynəlxalq Astronavtika Konqresinin (IAC2022) iştirakçılarına müraciət edib.

"Report"un məlumatına görə, qurum iştirakçıları gələn il Azərbaycanın ev sahibliyi edəcəyi eyni tədbirə də qatılmağa dəvət edib.

“IAC2022 nümayəndə heyətləri, Bakıda keçiriləcək IAC2023-də sizi nələrin gözləyəcəyindən xəbər tutmaq, füsunkar Azərbaycanın təqdim etdiklərinə nəzər salmaq, dadına baxmaq, ölkənin çoxəsrlik kosmik irsini kəşf etmək üçün “Azərkosmos”un H5 stendinə yaxınlaşın”, - deyə müraciətdə qeyd olunub.

Azərbaycan 2023-cü ildə 74-cü Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edəcək. İlk dəfə ölkəmizdə belə tədbir 1972-ci ildə keçirilib. Gələnilki konqreslə əlaqədar bu il fevralın 7-də Təşkilat Komitəsi yaradılıb. Komitənin sədri Baş Nazir Əli Əsədov, müavini isə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevdir.

Mənbə: report.az