Avstriyada qasırğa 5 nəfərin həyatına son qoyub

Avstriyada qasırğa 5 nəfərin həyatına son qoyub<span class="qirmizi"></span>

Avstriyanın şimal-şərqində baş verən güclü qasırğa ikisi uşaq olmaqla, 5 nəfərin ölümünə səbəb olub.

“Report” xarici mətuata istinadən xəbər verir ki, 13 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Qasırğa çox sayda ağacı aşırıb, evlərin damlarını uçurub. Avstriyanın Kansleri Karl Nehammer və Prezident Aleksandr Van der Bellen ölənlərin yaxınlarına başsağlığı verib.

Mənbə: report.az