Rəcəb Tayyib Ərdoğan: “Putinlə daim təmasdayam”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə Suriyadakı vəziyyətlə bağlı daim təmasda olduğunu bildirib.

Bu barədə o, Lvovdan qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırarkən danışıb.

“Mən cənab Putinlə danışıqlar apararkən deyirəm ki, gəlin bu prosesi möhkəmləndirək. Məsələn, mənim Soçiyə son səfərimdə Suriya bizim üçün vacib müzakirə mövzusu idi, gündəmdə idi. Hazırda Putin, Türkiyənin xarici işlər və müdafiə nazirləri ilə birgə terrorla mübarizə istiqamətində danışıqlarımızı davam etdiririk”, - deyə Ərdoğan əlavə edib.

 

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

Geyimi 1100 AZN olan Faytonçu Nazimin cibindən 320 AZN çıxdı - VİDEO

SONRAKI XƏBƏR

Geyimlərə daşınan kriminal ALƏM: “Bu cür düşünən analar sonda oğulları tərəfindən döyülürlər...” - FOTO