İtaliya rus qazından imtina etməlidir... - Berluskoni

İtaliya rus qazından imtina etməlidir... - Berluskoni<span class="qirmizi"></span>

Rusiya Apennin yarımadasına tədarükünü dayandırmaq qərarına gəlməzdən əvvəl İtaliya rus qazından imtina etməlidir.

Axar.az xəbər verir ki, bunu İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni deyib.

Berluskoninin sözlərinə görə, İtaliyanın mayeləşdirilmiş təbii qaz (LNG) terminalları və tullantıları enerjiyə çevirən zavodlara ehtiyacı var.

“Bir şərtlə ki, bərpa olunan enerjiyə sərmayə qoyulsun. Heç olmasa təmiz nüvə tədqiqatları bərpa olunsun. O zaman bizə aşkar problemlər yaradan asılılığa son verə bilərik”, - Berluskoni bildirib.

Mənbə: axar.az