“AMEA əməkdaşları 65 faizə qədər azalacaq” - Arif Həşimov

“AMEA əməkdaşları 65 faizə qədər azalacaq” - Arif Həşimov<span class="qirmizi"></span>

"Nazirlər Kabinetinin təsdiq etdiyi ştat vahidləri üzrə Akademiyaya 11200 ştat vahidi ayrılıb".

Ölkə.Az xəbər verir ki, bu sözləri Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti vəzifəsini icra edən akademik Arif Həşimov APA-ya müsahibəsində deyib.

"Bura həm Bakıdakı AMEA strukturu, eyni zamanda Naxçıvan, Gəncə bölmələri, Şəki və Lənkəran regional elmi mərkəzləri, Milli Ensiklopediya Mərkəzi və s. aid idi. Hazırda institutların bir hissəsi Elm və Təhsil Nazirliyinə verildiyi üçün AMEA əməkdaşları təxminən 65 faizə qədər azalacaq. Amma bu, təxmini saydır. İki ay ərzində biz AMEA əməkdaşlarının say həddini və strukturu Nazirlər Kabinetinə təqdim edəcəyik",- deyə o söyləyib.

Mənbə: olke.az