Rusiya Qara Dəniz Donanmasına yeni komandan təyin etdi

Vitse-admiral Viktor Sokolov Rusiya Federasiyası Qara Dəniz Donanmasının komandiri vəzifəsini icra etməyə təyin olunduğunu açıqlayıb.

Bakupost.az “İnterfaks”a istinadla xəbər verir ki, o, bunu məzun olan gənc zabitlərlə Sevastopolda təlim-məşq toplanışında deyib.

“Rusiya Federasiyası Müdafiə Nazirinin əmri ilə Qara Dəniz Donanmasının komandiri vəzifəsinin icraçısı təyin edilmişəm. Bu gün sizinlə ilk görüşümü keçirirəm”, - Sokolov deyib.

Buna qədər Sokolovun bu posta təyin olunması barədə heç bir məlumat verilməyib. 2019-cu ilin may ayından son vaxtlara qədər Qara Dəniz Donanmasının komandiri İqor Osipov olub.

Açıq məlumatlara görə, Viktor Sokolov Admiral Kuznetsov adına Hərbi-Dəniz Akademiyasının rəhbəridir. Bundan əvvəl o, 2013-2020-ci illərdə Şimal Donanması komandanının müavini olub.

Bakipost.az

ƏVVƏLKİ XƏBƏR

Bu şər imperiyası da SSRİ kimi dağılacaq - Rinkeviçs

SONRAKI XƏBƏR

AMEA Rəyasət Heyətinin iclası keçirilib, qurumun yenidən formalaşdırılması müzakirə olunub