AMEA Rəyasət Heyətinin iclası keçirilib, qurumun yenidən formalaşdırılması müzakirə olunub

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin iclası keçirilib.

Bu barədə "Report"a AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli məlumat verib.

O bildirib ki, toplantıda Prezident İlham Əliyevin müvafiq fərmanından irəli gələn məsələlər müzakirə olunub:

"İclasda AMEA-nın qarşısında duran məsələlər, yenidən formalaşdırılması və AMEA-nın fəaliyyətinin tənzimlənməsi kimi məsələlərə baxılıb. Tövsiyə xarakterli təkliflər də səsləndirilib. Nizamnamənin hazırlanmasına dair məsələ də müzakirə edilib. Artıq əsas xəttlər də Rəyasət Heyətinin üzvləri ilə birgə müzakirə olunub. Sentyabrda yeni nizamamənin ilkin variantı Nizamnamə Komissiyasının iclasında müzakirəyə çıxarılacaq".

Report.az

ƏVVƏLKİ XƏBƏR

Rusiya Qara Dəniz Donanmasına yeni komandan təyin etdi

SONRAKI XƏBƏR

Azərbaycanda “Enerji menecment sisteminə dair tələblər” təsdiq edildi