Ardıcıl zərbələr Krım və Belqorodu savaş meydanına çevirib – Ukraynanın qisası ağır oldu

Avqustun 18-də Prezident Volodimir Zelenski Xarkovun atəşə tutulması nəticəsində həlak olan dinc vətəndaşların qisasının alınacağını vəd etmişdi.

O, yataqxananın vurulmasını “rəzil və sinik” adlandıraraq "Telegram" qanalında bunları yazmışdı: “Xarkov üçün ağrıyırıq. Raket hücumu... Yataqxanaya... Bina tamamilə dağılıb. Dinc sakinlərə rəzil hücumun əsaslandırması yoxdur, təcavüzkarın gücsüzlüyünü göstərir. Unutmayacağıq, qisas alacağıq”.

Xatırladaq ki, hücum nəticəsində uşaqlar da daxil olmaqla 17 nəfər həlak olub, 16 nəfər yaralanıb.

Zelenskinin vəd etdiyi qisas əməliyyatı özünü çox gözlətmədi. Dünən axşam saatlarında Ukrayna Silahlı Qüvvələri Belqorodda bir neçə sursat anbarını məhv edib.

- Krımda Belbek aerodromuna zərbə endirilib;

- Krımda yerləşən Mejvodnoe yaşayış məntəqəsində Rusiya HDQ-i tərəfindən istifadə olunan vacib obyektə zərbə endirilib.

- Xarkov üzərində qiyməti 50 milyon dollar civarında olan Su-35 SM qırıcı-bombardımançı döyüş təyyarəsi vurulub.

Azpolitika.info

ƏVVƏLKİ XƏBƏR

"Qarabağ"ın Çexiyaya səfər proqramı açıqlanıb

SONRAKI XƏBƏR

Çörəyin qiyməti niyə bahalaşır? - İqtisadçıdan AÇIQLAMA