Türkiyə Metsamor AES-in qəza təhlükəsinə qarşı təlimlər keçirib

Türkiyə Metsamor AES-in qəza təhlükəsinə qarşı təlimlər keçirib<span class="qirmizi"></span>

Türkiyə Ermənistanın Metsamor Atom Elektrik Stansiyasında (AES) baş verə biləcək qəza ssenarisinə qarşı təlimlər keçirib.

“Report” “Anadolu”ya istinadən xəbər verir ki, təlimlərdə Qars vilayətinin Fövqəladə Hallar İdarəsi və digər dövlət strukturları iştirak ediblər.

Təlimin məqsədi radioaktiv tullantıların sızması zamanı hərəkətlərin məşq edilməsidir.

Belə ki, ssenariyə əsasən, Metsamor AES-də 7 bal gücündə zəlzələ olub. Təbii fəlakət nəticəsində Türkiyənin sərhəd kəndlərinin 20 sakini zərər çəkib.

Mənbə: report.az