Rusiya ilə danışıqlar "rus ruleti" kimidir - Podolyak

Rusiya ilə danışıqlar hər kəs üçün ölümcül finalı olan "rus ruleti" oyunu kimidir.

Axar.az xəbər verir ki, bu sözləri Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak Tvitter səhifəsində yazıb.

“Müharibə, terror və kriminal şantajın davamıdır. Danışıqlar prosesinin ilkin şərtini artıq Ukrayna prezidenti səsləndirib. Əsas şərt bütün Ukrayna ərazilərindən işğalçı Rusiya qoşunlarının çıxarılmasıdır”, - Podolyak bildirib.

Axar.az

ƏVVƏLKİ XƏBƏR

Türkiyə Metsamor AES-in qəza təhlükəsinə qarşı təlimlər keçirib

SONRAKI XƏBƏR

Dövlətə 2 milyondan artıq ziyan vuranlara cinayət işi açıldı