ABŞ Avropanı aclıq, soyuq və ölümə məhkum edəcək - Dumanın spikeri

ABŞ Avropanı aclıq, soyuq və ölümə məhkum edəcək - <span class="qirmizi">Dumanın spikeri</span>

Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin Avropanın gələcəyi barədə fikirlərini bildirib.

Bakupost.az xəbər verir ki, o? rəsmi Vaşinqtonun bu qış Avropanı məhvə sürükləyəcəyini yazıb:

"ABŞ enerjidaşıyıcılarını daxili bazarda olan qiymətdən 7 dəfə baha satır. Avropanın pulu tükənəcək. Avropa ölkələrini aclıq, təcrid və soyuq gözləyir",

O qeyd edib ki, иu gün ABŞ-da qaz hər 1000 kubmetrə görə 335 dollardır:

"Amma Vaşinqton onu Avropada 7 dəfə baha qiymətə satır. Avropada inflyasiya rekord həddə çatıb. Anomal istilər kənd təsərrüfatını da vurdu. Məhsuldarlıq 20% azdır. Elektrik enerjisi defisiti şəhərləri qaranlığa çevirir. Avropa hökumət başçılarının rus qazından imtinası ABŞ-ın təzyiqi ilə baş verib. İngiltərə, Estoniya, Ukrayna, Çex Respublikası, Finlandiya, Polşa, Almaniya iqtisadiyyatı məhv olur. ABŞ hər şeyə əl atdı ki, dünya üzərində hakimiyyəti ələ alsın".

 

Aygün Musayeva

Mənbə: www.bakupost.az