Krım Platformasının növbəti sammitinin keçiriləcəyi tarix açıqlanıb

Krım Platformasının növbəti sammitinin keçiriləcəyi tarix açıqlanıb<span class="qirmizi"></span>

Avqustun 23-də Krım Platformasının növbəti sammiti keçiriləcək.

“Report” xəbər verir ki, bu barədə NATO-nun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Alyansın Baş katibi Yens Stoltenberq də toplantıda çıxış edəcək.

Qeyd edək ki, Krım Platforması yarımada ilə bağlı bütün məsələlərin strukturlaşdırılması üçün Ukrayna Prezidentinin 2021-ci ilin avqustunda başlatdığı məsləhətləşmələr və kommunikasiyalar formatıdır. Bu formatın məqsədi Krımdakı vəziyyətə diqqəti cəlb etmək və onun Ukraynaya qaytarılması imkanlarını müzakirə etmək üçün praktiki yanaşmalar hazırlamaqdır.

Mənbə: report.az