Braziliya prezidenti “YouTube” bloqerinin telefonunu əlindən almağa çalışdı - VİDEO

Braziliya Prezidenti Jair Bolsonaru “YouTube” bloqerinin telefonunu əlindən almağa çalışıb. Buna səbəb bloqerin dövlət başçısını qorxaq və avara adlandırması olub.

Kadrlarda Bolsonaru bloqerin köynəyindən və qolundan tutur, daha sonra isə prezidentin cangüdənləri yutuberi kənara çəkir.

Oktyabrda Braziliyada prezident seçkisi keçiriləcək. Bolsonaru bu həftə seçkiöncəsi kampaniyasına başlayıb.

 

 

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

Biznesmen məhkəmə zalından azadlığa buraxıldı

SONRAKI XƏBƏR

Bred Pittdən 34 milyonluq yardım