Ərdoğan İran, ABŞ və Rusiyanı terrora dəstək verməkdə ittiham etdi

Ərdoğan İran, ABŞ və Rusiyanı terrora dəstək verməkdə ittiham etdi<span class="qirmizi"></span>

“ABŞ mən terroru qidalandırmamışam” deyə bilməz. Suriyada terroru ilk növbədə qidalandıran ABŞ və koalisiya qüvvələridir. Bunu vəhşicəsinə etdilər və indi də edirlər. Onlar bundan usanmayıb, İraqda da eynisini ediblər. Bu gün İraqda iğtişaşlar varsa, təəssüf ki, bunun arxasında Amerika dayanır”.
“Ölkə.Az” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynadan geri dönətkən təyyarədə jurnalistlərə açıqlamasında deyib.
Ərdoğanın sözlərinə görə, o qədər də irəli gedirlər ki, bu terror təşkilatlarının rəhbərləri ilə Ağ Evdə görüşürlər. “Biz bütün bunları bilirik. Bunlar var. Eynilə, Rusiya da rejimlə həmrəydir”- Ərdoğan bildirib.
Tehranı da terrora dəstək verməkdə ittiham edən Ərdoğan deyib ki, biz hər zaman soruşuruq, terrorçular maliyyə mənbəyini haradan əldə edirlər? “ Pulun mənbəyi rejimdədir. Faktlar ortadadır. Digər tərəfdən, burada həmişə İran hesabları var. Bu hesablar bizim qarşımızdadır. Biz istəyirik ki, burada prosesi daha çox uzatmayaq. Biz Soçi səfərimiz zamanı Putinlə bu məsələləri müzakirə etdik”.
Mürtəza
Ölkə.Az

Mənbə: olke.az