Ermənipərəst Tarasov: Qarabağ Azərbaycandır - VİDEO

Ermənipərəst Tarasov: Qarabağ Azərbaycandır - <span class="qirmizi">VİDEO </span>

Rusiyalı ermənipərəst politoloq, Rusiyanın “Reqnum” informasiya agentliyinin baş redaktoru Stanislav Tarasov erməni mətbuatına müsahibə verib.

Axar.az xəbər verir ki, özünün antiazərbaycan ritorikası yadda qalan rus politoloq müsahibə zamanı gözlənilmədən “Qarabağ Azərbaycandır” deyib.

“Bakı Qarabağ ermənilərinin taleyini yalnız özü həll edir. Bunun üçün Bakıya nə Minsk qrupu, nə də İrəvan lazımdır. Çünki Qarabağ Azərbaycan ərazisidir! Bütün Dağlıq Qarabağ Azərbaycandır! Rus sülhməramlılar da Azərbaycan ərazisində müvəqqəti yerləşdirilib. Bir də deyirəm ki, Qarabağ ermənilərinin taleyi yalnız Bakının əlindədir”, - deyə o qeyd edib.

 

Mənbə: axar.az