“İndi başlayan prosesin nəticəsi onlar üçün qorxunc olacaq” – Ekstrasens

 

“Rusiya üçün qorxunc vəziyyət başlayır, cəbhədə Ukraynanın xeyrinə dönüş olacaq”.

Teleqraf.com xəbər verir ki, bunu ukraynalı astroloq Vlad Ross deyib.

“Avqustun 20-dən sonra cəbhədə fəallığı artıra və vəziyyəti xeyrimizə dəyişə biləcəyik. Təəccüblənməyin, krımlılar, bu müddət ərzində sizə raketlər uçacaq. Belarusu da eyni aqibət gözləyir. Yəni cəbhə xəttində vəziyyət dəyişməyə başlayacaq və bu, Ukraynanın xeyrinə olacaq”, - Ross bildirib.

O əlavə edib ki, tezliklə Ukrayna Silahlı Qüvvələri Rusiya qüvvələrini ölkə ərazilərindən çıxaracaq:

“Oktyabr-noyabr aylarında Silahlı Qüvvələrin Rusiyanı və işğalçıları sadəcə olaraq necə məhv edəcəklərini görəcəyik. Eyni zamanda, işğalçılar ərazilərimizdən, o cümlədən Xersondan, Zaporojedən, Donetskdən, Luqanskdan qaçmağa başlayacaqlar. İndi başlayan prosesin nəticələri onlar üçün qorxunc olacaq”.

Teleqraf.com

ƏVVƏLKİ XƏBƏR

30 yaşlı kişi bıçaqlandı, vəziyyəti...

SONRAKI XƏBƏR

Krımda yenə partlayışlar baş verdi