"Taxıl koridoru səmərəli işləyir"

"Taxıl koridoru səmərəli işləyir"<span class="qirmizi"></span>

Ukraynanın infrastruktur naziri Oleksandr Kubrakov Prezident Rəcəb Tayyib Ərdoğanın himayəsi ilə İstanbulda imzalanan taxıl dəhlizi sazişi sayəsində taxıl koridorunun səmərəli işlədiyini bildirib.

Kubrakov "Twitter" hesabında etdiyi paylaşımda bu gün Odessa limanında Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreşi qonaq etdiklərini dilə gətirib.

SİA-nın əldə etdiyi məlumata görə, Kubrakov bildirib ki, o, Quterreşlə gəmilərə taxıl yükləmə prosesini tədqiq edib:

“Əminliklə deyə bilərik ki, Qara dəniz taxıl təşəbbüsü sayəsində taxıl dəhlizi səmərəli fəaliyyət göstərir”.
Xatırladaq ki, Qara dənizdən təhlükəsiz ərzaq nəqliyyatının reallaşması üçün iyulun 22-də İstanbul Dolmabaxça Sarayındakı Prezident Ofisində Prezident Rəcəb Tayyib Ərdoğan və BMT-nin Baş katibi Antonio Quterreşin iştirakı ilə Ukrayna və Rusiya ilə “İstanbul Taxıl Sazişi” imzalanıb.

Qara dənizdən taxıl məhsullarının təhlükəsiz daşınması üçün yaradılan Birgə Koordinasiya Mərkəzi iyulun 27-də İstanbulda Milli Müdafiə Universitetinin kampusunda fəaliyyətə başlayıb.

Mənbə: sia.az