Ərsin Tatar Bakıya gələcək: Yunan Kipri “nə edəcək”?

Ərsin Tatar Bakıya gələcək: <span class="qirmizi">Yunan Kipri “nə edəcək”?</span>

Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Prezidenti Ərsin bugünlərdə Prezident İlham Əliyevlə Türkiyənin Konya şəhərində görüşmüş və fikir mübadiləsi aparmışdı. Ərsin Tatar bu səmimi söhbətdən çıxış edərək Azərbaycana səfər edə biləcəyini söyləyib.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, bu, Quzey Kıbrıs Türk Cümhuriyyəti prezidentinin Azərbaycana ilk səfəri olmayacaq, adanın mərhum lideri Rauf Denktaş da vaxtilə Heydər Əliyevin dəvəti ilə Azərbaycana gəlmişdi:

“Rəsmi Bakı KKTC-ni rəsmən tanımasa da, iqtisadi, ticarət, humanitar sahədə əlaqələrin genişlənməsinə, birbaşa təyyarə reyslərinin açılmasına heç nə mane olmur. “Bunun qarşılığında yunanlar Azərbaycan əleyhinə hansı addımlar ata bilər” sualı 44 günlük savaşdan sonra aktuallığını itirib. Yunanıstan və yunan Kipri Ermənistana dəstəyini və Qarabağ separatçılarına simpatiyasını heç zaman gizlətməyib”.

Mənbə: axar.az