BMT baş katibi Moldovaya planlaşdırılmamış səfər edib

BMT baş katibi Moldovaya planlaşdırılmamış səfər edib<span class="qirmizi"></span>

BMT-nin baş katibi Antoniu Quterreş avqustun 19-da Moldovaya planlaşdırılmamış səfər edib.

Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, Quterreş Moldova Prezidenti Maya Sandu ilə görüşəcək.

BMT baş katibinin nümayəndəsi Fərxan Haq bildirib ki, Quterreşin Kişinyova səfəri əvvəlcədən planlaşdırılmayıb. Baş katib Ukrayna səfərindən sonra Moldovaya səfər etmək qərarına gəlib.

Kişineudan sonra BMT-nin baş katibi İstanbula səfər edəcək.

Mənbə: report.az