NATO baş katibi Kanadaya səfər edəcək

NATO baş katibi Kanadaya səfər edəcək<span class="qirmizi"></span>

NATO-nun baş katibi Yens Stoltenberq avqustun 24-də Kanadaya səfər edəcək.

Axar.az xəbər verir ki, bu barədə Kanadanın baş naziri Castin Trüdonun mətbuat xidmətindən bildirilib.

"Baş nazir Castin Trüdo bu gün NATO-nun baş katibi Yens Stoltenberqin avqustun 24-dən 26-dək Kanadaya səfər edəcəyini açıqlayıb", - deyə mətbuat xidmətindən bildirilib.

Məlumata əsasən, Alyansın rəhbəri Kanadanın hərbi bazalarının yerləşdiyi Edmonton, Kold-Leyk və Kembric-Bey şəhərlərinə səfər edəcək.

Qeyd edilir ki, C.Trüdo və Y.Stoltenberq Avro-Atlantik təhlükəsizlik məsələlərini və Ukraynadakı vəziyyəti müzakirə edəcəklər.

Mənbə: axar.az