Zelenski: Rusiyanın bir raketi də cavabsız qalmayacaq!

Rusiyanın bir raketi belə cavabsız qalmayacaq.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski növbəti videomüraciətində deyib.

“İstəyirəm, Rusiyanın hər gün vəhşicəsinə hücumuna məruz qalan şəhərlərin sakinlərinə səslənim. Xarkov, Nikolayev, Donbasın bütün şəhərləri, Dneprpetrovsk, Zaporojye vilayəti...Biz bir dənə də raketi cavabsız qoymayacağıq. Şəhərlərə zərbəni həyata keçirən və buna əmr verən hər bir şəxsi müəyyən edəcəyik. Bircə qatil də gizlənə bilməyəcək”, - deyə o bildirib.

Axar.az

ƏVVƏLKİ XƏBƏR

Ankara, Stokholm və Helsinki araslnda görüş olacaq

SONRAKI XƏBƏR

“Üzüklərin hökmdarı”nın ulduzu: “Rusiyalılara ork deməyin, bu, bizə təhqirdir” - VİDEO