Xankəndində az sayda hay mövcud Laçın yolunun saxlanması tələbi ilə aksiya keçirdi...

Dünən - 19 avrqust axşam saat 19:00-da Xankəndinin "Dirçəliş" meydanında hazırda Laçın və Zabuxdan keçərək Ermənistanı Qarabağa birləşdirən mövcud yolun saxlanması tələbi ilə etiraz aksiyası keçirilib.

Moderator.az xəbər verir ki, aksiyanı Azərbaycan Ədliyyə Nazirliyində qeydiyyatdan keçməmiş qanunsuz "Artsax inqilab partiyası”nın sədri Artur Osipyan təşkil edib.

Cəmi 50-100 hayın iştirak etdiyi üzdəniraq aksiyada Azərbaycanın "işğalı dayandırması", "10 noyabr razılaşmasının tələbləri"nin yerinə yetirilməsi və s. kimi sərsəm və həyasız şüarlar səsləndirilib.

Sultan Laçın

Moderator.az

ƏVVƏLKİ XƏBƏR

Zelenski Baydenə hərbi yardıma görə təşəkkür edib

SONRAKI XƏBƏR

Bitkoinin qiyməti 10 faiz ucuzlaşdı