Britaniyanın XİN rəhbəri Putinlə görüşmək istəmir

Britaniyanın XİN rəhbəri Putinlə görüşmək istəmir<span class="qirmizi"></span>

Böyük Britaniyanın xarici işlər naziri, eləcə də Baş nazir postuna namizəd Liz Trass Rusiyanın G20 sammitində iştirakı ilə bağlı fikrini dəyişib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, Trass bundan əvvəl krallığın Baş naziri və Mühafizəkarlar Partiyasının rəhbəri seçiləcəyi təqdirdə G20 çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə görüşməyə hazır olduğunu bildirmişdi.

Xatırladaq ki, G20 sammiti noyabrın 15-16-da dövlət başçılarının iştirakı ilə Balidə keçiriləcək. Putin həmin zirvə toplantısında iştirak edəcək.

 

Mənbə: news.milli.az