Ankara, Stokholm və Helsinki araslnda görüş olacaq

Madriddə keçirilən NATO Zirvə toplantısında Türkiyə, Finlandiya və İsveç arasında imzalanan üçtərəfli memorandum əsasında qurulan Daimi Birgə Mexanizmin ilk iclası avqustun 26-da Finlandiyada keçiriləcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsindən bildirilib.

İclasda Türkiyə nümayəndə heyətinə ölkə prezidentinin mətbuat katibi İbrahim Kalın və xarici işlər nazirinin müavini Sedat Önal rəhbərlik edəcək.

Nümayəndə heyətinə Ədliyyə, Müdafiə, Xarici İşlər, Daxili İşlər nazirliklərinin və Milli Kəşfiyyat Təşkilatının nümayəndələrinin daxil olacağı ehtimal edilir.

Milli.az

ƏVVƏLKİ XƏBƏR

Co Bayden ABŞ-ın tənəzzülünün simvoludur

SONRAKI XƏBƏR

Zelenski: Rusiyanın bir raketi də cavabsız qalmayacaq!