Pentaqon: "Rusiya ordusunun mövqeləri zəifləyib, irəliləyə bilmir"

Pentaqon: "Rusiya ordusunun mövqeləri zəifləyib, irəliləyə bilmir"<span class="qirmizi"></span>

"Rusiya ordusunun mövqeləri zəifləyib və artıq qoşunlar döyüş meydanında irəliləyə bilmirlər".

"Report" UNIAN-a istinadən xəbər verir ki, bunu ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) yüksək rütbəli rəsmisi jurnalistlərə açıqlamasında deyib.

"Artıq mövcud durum göz qabağındadır. Onlar itkilər səbəbindən irəliləyə bilmirlər".

Pentaqon rəsmisi həmçinin Krımdakı partlayışlara da münasibət bildirib: "Mən bu hadisələri ümumi qiymətləndirmək üçün detallara malik deyiləm. Lakin biz görürük ki, Rusiya qüvvələri daha zəifdir. Onlar öz həssas yerlərini qorumaq üçün hərəkət edirlər".

Mənbə: report.az