İlham Əliyev Putinlə və Paşinyanla bu tarixdə görüşəcək

Azərbaycan və Ermənistan liderləri arasında Rusiyanın vasitəçiliyilə keçiriləcək növbəti görüşün yeri və vaxtı barədə məlumat yayılıb.

Redaktor.az “Hraparak”a istinadən xəbər verir ki, sözügedən görüşün avqustun 31-də Moskvada keçiriləcəyi gözlənilir.

“Əldə etdiyimiz məlumata görə, ilkin razılaşmaya əsasən, Əliyev-Paşinyan-Putin formatında növbəti üçtərəfli görüş keçiriləcək. Rusiya dairələrindən daxil olan məlumata görə, İlham Əliyev bu görüşdə “Zəngəzur dəhlizi” məsələsini kəskin şəkildə qaldırmağa hazırlaşır. O, gözləyir ki, Nikol Paşinyan Azərbaycanın digər ərazilərini Naxçıvana birləşdirən yolun açılış tarixini, onun yerini, istismarını və bununla bağlı digər məsələlərin həllini aydın şəkildə elan edəcək. Ruslar hesab edirlər ki, Əliyev qətiyyətlidir və Paşinyanın vədlərinə inanmaq və ona vaxt ayırmağa imkan vermək niyyətində deyil”,-deyə “Hraparak” məlumatlı mənbəyə istinadən yazıb.

Redaktor.az

ƏVVƏLKİ XƏBƏR

"PELOSİ BÖHRANI": Çin lideri Özbəkistanda Putinlə görüşmək istəyir

SONRAKI XƏBƏR

Sumqayıtda avtomobil dərəyə aşıb, sürücü xəsarət alıb