Ruslar Melitopolda aerodroma zərbələr endirdi

Rusiyanın nəzarəti altında olan Zaporojye vilayətinin Melitopol şəhərində gecə saatlarında partlayışlar baş verib.

Axar.az xəbər verir ki, bu barədə Melitopol şəhərinin meri İvan Fedorov öz Teleqram hesabında yazıb.

"İlkin məlumatlara görə, ruslar aerodrom ərazisində bərpa etməyə çalışdıqları Rusiya hərbi bazalarının birinə neçənci dəfədir ki, məqsədli şəkildə zərbə endirir. Əməkdaşlar dərhal böyük qardaşlarına burada hava hücumundan müdafiə sisteminin işlədiyini bildirdilər. Sistem o qədər yaxşı işləyib ki, tüstü hələ də davam edir. Ancaq Rusiya ordusunun belə bir hava hücumundan müdafiə sistemi varsa, Ukrayna qüvvələri onu mütləq alacaq. Biz hazırda daha çox məlumat toplamağa çalışırıq”, - mer bildirib.

Axar.az

ƏVVƏLKİ XƏBƏR

Cani ermənilərin Laçında təxribat hazırlığı - növbəti “Qisas” qaçılmaz olacaq

SONRAKI XƏBƏR

İran hərbi nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edib