ABŞ hipersəs silahlara qarşı vasitələr hazırlamağa başlayıb

ABŞ hipersəs silahlara qarşı vasitələr hazırlamağa başlayıb<span class="qirmizi"></span>

ABŞ-ın müdafiə nazirinin birinci müavini Ketlin Hiks hipersəs silahlara qarşı vasitələrin hazırlanması üzərində iş aparıldığını açıqlayıb.

Bu barədə “Report” Pentaqonun saytına istinadən xəbər verir.

“Biz hipersəs silahlara qarşı vasitələrin hazırlanmasına da investisiya yatırırıq, çünki başqa ölkələrin belə silahlardan istifadə edəcəyi təqdirdə özümüzü müdafiə edə biləcəyimizə əmin olmaq istəyirik”, - ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi deyib.

O həmçinin vurğulayıb ki, ABŞ özü də hipersəs silahlar hazırlayır.

Mənbə: report.az