Makron Rusiya və Ukraynaya çağırış edib

Makron Rusiya və Ukraynaya çağırış edib<span class="qirmizi"></span>

Makron Rusiya və Ukraynaya çağırış edib

Fransa hökuməti Ukrayna və Rusiya dialoqa hazır olduqları zaman, onların danışıqlar masasına qayıtmaları üçün bütün mümkün addımları atmalıdır.

“İki sahil” xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron BFMTV telekanalına müsahibəsində deyib.

Makron, münaqişənin daha da gərginləşməməsi üçün Ukraynada baş verən hadisələrin bundan sonrakı inkişafı barədə ssenarini səsləndirməkdən imtina edib, lakin rəsmi Moskva və Kiyevin danışıqlar masasına qaytarılması üçün bütün mümkün addımların atılmasını təklif edib.

Fransa Prezidenti qeyd edib ki, danışıqların başlanması üçün Ukraynanın irəli sürdüyü “dövlət sərhədlərinin ən azından bu ilin fevral ayındakı vəziyyətinə qaytarılması” ilə bağlı tələbləri nəzərə alınmalıdır. Makron həmçinin onu da qeyd edib ki, Fransa Rusiya ilə müharibə aparmır və Kreml ilə dialoqu davam etdirməyə hazırdır.

Qeyd edək ki, Kremlin mətbuat katibi Dmitri Peskov sentyabrın 20-də verdiyi bəyanatında deyib ki, Ukraynadakı vəziyyətin siyasi-diplomatik həlli üçün perspektiv hələlik yoxdur.

Mənbə: xezer.info