SEPAH-dan etirazlarla bağlı məhkəməyə çağırış

İran İslam İnqilabı Keşikçiləri Korpusu ölkədəki kütləvi etirazlarla bağlı məhkəməyə müraciət edib.

Axar.az xəbər verir ki, SEPAH sosial şəbəkələrdə məhkəmədən yalan xəbər yayan, toplumun psixoloji durumuna təsir edənlərin müəyyən edilərək, onlara qarşı addımların atılmasını tələb edib.

SEPAH-ın açıqlamasında etirazlar “sionist rejimin (İsrail) və onun ölkədəki ünsürlərinin İrana qarşı təxribatları olaraq” qeyd edilib.

Xatırladaq ki, İranda əxlaq polisinin Məhsa Əmini adlı gənc qadını (ikinci adı Jina) öldürməsindən dolayı etirazlar səngimir və hazırda ölkənin onlarla ostan və şəhərində nümayişlər keçirilir. Etiraz aksiyaları Güney Azərbaycan şəhərlərində də geniş vüsət alıb. Polislə vətəndaşlar arasında mütəmadi toqquşmalar baş verir.

Axar.az

ƏVVƏLKİ XƏBƏR

Bakı metrosuna sərnişinlərin bəziləri buraxılmayacaq - SƏBƏB/VİDEO

SONRAKI XƏBƏR

Kəklikotunu narkotik zənn edən rus polisi azərbaycanlıları cərimələdi - Video