Ceyhun Bayramov əlcəzairli həmkarı ilə Qoşulmama Hərəkatı ilə bağlı fikir mübadiləsi aparıb

Ceyhun Bayramov əlcəzairli həmkarı ilə Qoşulmama Hərəkatı ilə bağlı fikir mübadiləsi aparıb<span class="qirmizi"></span>

Birləşmiş Millətlər Təşkilatı (BMT) 77-ci Baş Assambleyasında iştirak üçün ABŞ-ın Nyu York şəhərində səfərdə olan Əlcəzairin xarici işlər naziri Ramtan Lamamra Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə görüşüb.

Bu barədə “Report” Əlcəzairin Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.

Qeyd edilir ki, nazirlər beynəlxalq gərginlik fonunda Qoşulmama Hərəkatının fəaliyyətinin daha da aktivləşməsi ilə bağlı fikir mübadiləsi aparıblar. Görüşdə həmçinin iki ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri ətraflı müzakirə edilib.

Mənbə: report.az