Lavrov BMT-də Zelenskini SÖYDÜ

Lavrov BMT-də Zelenskini SÖYDÜ<span class="qirmizi"></span>

 

Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT Təhlükəsizlik Şurasının iclasında Ukraynanı Donetsk və onun ətraf rayonlarını minalamaqda ittiham edib.

Cumhuriyyet.az xəbər verir ki, bu barədə “RIA Novosti” agentliyi məlumat yayıb.

Lavrov iddia edib ki, bununla Ukrayna 1997-ci ildə imzaladığı minalarla bağlı Cenevrə Konvensiyasının ikinci protokolunu pozur.

XİN başçısı, həmçinin bildirib ki, Qərb dövlətləri səkkiz il ərzində sistemli şəkildə Kiyevin “cinayətlərini” ört-basdır edib.

Bundan əlavə, Rusiya xarici işlər naziri çıxışı zamanı prezident Zelenskini təhqir edib və onun barəsində söyüş söyüb.

Lavrov qeyd edib ki, Qərb Zelenskiyə qarşı siyasətini məşhur Amerika prinsipi ilə qurub: “O, pis oğlandır, amma bizim pis oğlanımızdır”.

 

 

Mənbə: www.cumhuriyyet.net