Krım "rəhbəri"nin oğlu səfərbərliyə düşdü

Krım "rəhbəri"nin oğlu səfərbərliyə düşdü<span class="qirmizi"></span>

Ukraynanın Krım bölgəsinin "rəhbər"i Sergey Aksenovun oğlu səfərbərlik çərçivəsində orduya çağırılıb.AzVision.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Moskvanın nəzarəti altında olan Krımın rəhbəri informasiyanın doğruluğunu təsdiqləyib.

“Qanun hamı üçün eynidir. Bu gün oğlum çağırılıb və artıq hərbi hissəyə yola düşüb”, - o, deyib.

Açıq mənbələrdə olan məlumata görə Aksenovun Oleq adlı oğlu 1997-ci ildə anadan olub və orduda 2016-cı ildə xidmət edib.


 

Mənbə: azvision.az