“Əsirlərdən biri Putinin israrla üzərində durduğu isimdir” - Ərdoğan

“Əsirlərdən biri Putinin israrla üzərində durduğu isimdir” -   <span class="qirmizi">Ərdoğan</span>

"Əsir mübadiləsində 200 adın üzərində dayanmışdıq. Bu 200 adın hamısı bizdədir, bizim qonağımızdır və bizim nəzarətimizdədir".

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib. Türkiyə liderinin sözlərinə görə, bu əsirlərdən biri Putinin israrla üzərində durduğu bir isimdir.

“Bu əsiri də biz Rusiyaya göndərdik. Hazırda prosesləri qərarlı şəkildə yerinə yetiririk. Bizdəki qonaqlara da sahib çıxırıq”, - deyə Türkiyə lideri vurğulayıb.

Qeyd edək ki, iki gün öncə rəsmi Kiyev və Moskva arasında baş tutan əsir mübadiləsi zamanı 200 nəfər əsirlikdən azad olunub.

Mənbə: qafqazinfo.az