Conson Zelenski ilə Putini səhv saldı

Conson Zelenski ilə Putini səhv saldı<span class="qirmizi"></span>

Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson postunu tərk etdikdən sonra ilk dəfə İcmalar Palatasında mühafizəkar deputat kimi çıxış edib. Aktual.az xəbər verir ki, o, çıxışında Rusiyanın Ukraynaya hücumlarından bəhs edib.

Conson Ukrayna Prezidenti Volodimir Zelenskiyə işğala qarşı uğurla müqavimət göstərdiyinə görə təşəkkür etmək istəyərkən səhvən Rusiya lideri Vladimir Putinə minnətdarlığını bildirib. O, "Putinə ilhamverici liderliyinə görə təşəkkür edirəm" deyib.

Conson daha sonra "Volodomir Zelenskiyə təşəkkür edirəm, məni bağışlayın” deməklə səhvini düzəldib.

Mənbə: aktual.az