Çavuşoğlu: “Türkiyə BMT Təhlükəsizlik Şurasında “veto” hüququnun ləğvinin tərəfdarıdır”

Çavuşoğlu: “Türkiyə BMT Təhlükəsizlik Şurasında “veto” hüququnun ləğvinin tərəfdarıdır”<span class="qirmizi"></span>

“Ankara BMT Təhlükəsizlik Şurası sistemində “veto” hüququnun ləğvinin tərəfdarıdır”.

Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Nyu-Yorkda jurnalistlərin suallarını cavablandırarkən deyib.

Nazir vurğulayıb ki, BMT-yə üzv ölkələrin əksəriyyəti dünya təşkilatında islahatların aparılması ideyası ilə razıdır.

Onun sözlərinə görə, prezident Rəcəb Tayyib Ərdoğanın BMT-də islahatlara çağırışı getdikcə daha çox dünya liderləri tərəfindən dəstəklənir. Bunu BMT Baş Assambleyasının hazırkı sessiyası da sübut edib.

Çavuşoğlu bildirib ki, bu məsələdə əsas məsələ maksimum əhatəlilik və ədalətliliyi təmin etməkdir.

Mənbə: www.oxu.az