Rusiyanın Gürcüstanla sərhədində 2 000 minik avtomobildən ibarət sıra yaranıb

Rusiyanı tərk etmək istəyənlərdən 2 minə yaxın minik avtomobili Rusiyanın Gürcüstanla sərhədindəki keçid məntəqəsinin qarşısında toplanıb.

“Report” Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Şimali Osetiya Respublikasının Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

“Şimali Osetiya-Alaniya Respublikası ərazisində Şimali Osetiya-Alaniya Respublikasına gələn və Yuxarı Lars keçid məntəqəsindən keçmək üçün növbə gözləyən 2 000-ə yaxın yüngül avtomobilin xeyli sayda yığılması müşahidə olunur”, - məlumatda bildirilib.

Şimali Qafqaz Gömrük İdarəsinin saytındakı məlumata görə, son üç gündə Rusiyanı tərk etmək istəyənlərin sayı artıb. Sentyabrın 20-də, Moskva vaxtı ilə saat 06:00-da Rusiya tərəfində keçid məntəqəsinin qarşısında maşın növbəsi yaranmayıb. Ümumilikdə bu tarixdə gündə 1 353 avtomobil buraxılıb. Sentyabrın 21-də, Moskva vaxtı ilə saat 06:00-da keçid məntəqəsinin qarşısında artıq 50 avtomobil olub, 1 261 nəqliyyat vasitəsi Rusiyanı tərk edə bilib.

Bildirilib ki, hazırda yük avtomobillərin sayı 1 231 ədəddir. Yük maşınlarının sürücüləri elektron növbəyə uyğun hərəkət edirlər.

Qeyd edək ki, sentyabrın 21-dən sosial şəbəkələrdə avtomobil növbəsinin artması ilə bağlı məlumatlar yayılmağa başlayıb. Hadisə şahidlərinin sözlərinə görə, Rusiyanı tərk etmək istəyənlərin sayı artmaqda davam edir.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Borrellin bu bəyanatı qarşıdurma ilə doludur - Rusiya XİN

SONRAKI XƏBƏR

XİN-dən ABŞ-ın Ermənistandakı səfirliyinə ÇAĞIRIŞ