Tovuzun kəndlərinə elektrikin verilişi bərpa edilib

Tovuzun kəndlərinə elektrikin verilişi bərpa edilib<span class="qirmizi"></span>

Tovuzun kəndlərinə elektrik enerjisinin verilişi bərpa edilib.

Bunu "Report"a "Azərişıq" ASC-dən bildiriblər.

Qeyd edək ki, sentyabrın 23-də günün ikinci yarısında Tovuzun bir sıra kəndlərində güclü külək nəticəsində elektrik enerjisi təchizatı kəsilib.

Hazırda Tovuz rayonunun bütün yaşayış məntəqələri elektrik enerjisi ilə təchiz edilib.

Mənbə: report.az