Odessa yaxınlığında daha bir İran kamikadzesi vurulub

Odessa yaxınlığında daha bir İran kamikadzesi vurulub<span class="qirmizi"></span>

Ukraynanın hava hücumundan müdafiə bölmələri Odessa yaxınlığında Rusiyanın daha bir kamikadze pilotsuz təyyarəsini vurub. Bu barədə Odessa Regional Hərbi Administrasiyasının rəhbərinin mətbuat katibi Sergey Bratçuk özünün Telegram-kanalında məlumat verib.

O qeyd edib ki, rus ordusu yenidən kamikadze dronlarla Odessaya hücum edib.

Bratçuk əlavə edib ki, sentyabrın 23-də günorta saatlarında şərq və cənub istiqamətlərində rus ordusu İran istehsalı olan “Şahed-136” kamikadze təyyarələri ilə Ukraynaya hücum ediblər.

Saat 18:30-a olan məlumata görə, altı kamikadze pilotsuz təyyarə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin zenit-raket bölmələrini vurub.

"Bundan əlavə, ölkənin cənubunda Hərbi Hava Qüvvələrinin zenitçiləri düşmənin Su-25 hücum təyyarəsini məhv ediblər", - Bratçuk əlavə edib.
 

 

Mənbə: azvision.az