Ukraynadan Ərdoğan açıqlaması - “Onun səyləri sayəsində…”

Ukrayna Xarici İşlər Nazirliyi Türkiyənin vasitəçiliyi ilə Rusiya ilə əsir mübadiləsindən sonra ölkəyə qaytarılan 215 ukraynalıya görə bu ölkəyə təşəkkür edib.

XİN-in açıqlamasında Prezident Rəcəb Tayyib Ərdoğanın vasitəçiliyi ilə 215 hərbi əsirin Ukraynaya qaytarıldığı deyilib.

"Ukrayna 215 nəfərin Rusiya əsirliyindən geri qaytarılmasını mümkün edən vasitəçilik səylərinə görə Türkiyəyə və Prezident Rəcəb Tayyib Ərdoğana minnətdardır. Biz bu dəstəyi çox yüksək qiymətləndiririk", - açıqlamada bildirilib.

Prezident Ərdoğan bundan əvvəl rusiyalı və ukraynalı həmkarları Vladimir Putin və Vladimir Zelenski ilə apardığı danışıqlar nəticəsində 200 əsirin azad edildiyini açıqlayıb.

Milli.az

ƏVVƏLKİ XƏBƏR

Məşhəddə Xameneinin heykəli yandırıldı - VİDEO

SONRAKI XƏBƏR

UEFA bu oyundakı davaya görə sərt cəza verdi