AzTU-nun tələbəsi ağır avtoqəza nəticəsində vəfat edib

AzTU-nun tələbəsi ağır avtoqəza nəticəsində vəfat edib<span class="qirmizi"></span>

Azərbaycan Texniki Universitetinin (AzTU) II kurs magistr tələbəsi Sevgi Rəsulova ötən gün paytaxtda baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində vəfat edib. AzVision.az xəbər verir ki, bu barədə AzTU məlumat yayıb. Universitetin rəhbərliyi və kollektivi Sevgi Rəsulovanın vəfatından kədərləndiyini bildirərək onun ailəsinə və yaxınlarına başsağlığı verib.

 

 

Mənbə: azvision.az