Cozef Borrel Rusiyanın nüvə təhdidi ilə bağlı Aİ-yə çağırış etdi

Cozef Borrel Rusiyanın nüvə təhdidi ilə bağlı Aİ-yə çağırış etdi<span class="qirmizi"></span>


Avropa İttifaqı Rusiyanın nüvə silahından istifadə ehtimalını ciddi qəbul etməlidir.
Yeniavaz.com xəbər verir ki, bu barədə BBC-yə müsahibəsində Aİ diplomatiyasının rəhbəri Cozef Borel bildirib.
"İnsanlar blef etmədiklərini söyləyəndə onları ciddi qəbul etmək lazımdır. Moskvaya səfər edən, Putinlə danışmaq üçün Kremlə gələn hər kəs ondan eyni cavabı aldı: “Mənim hərbi məqsədlərim var və onlara nail olana qədər döyüşməyə davam edəcəyəm”. Lakin biz Ukraynanı dəstəkləməyə davam etməliyik”, - deyə Avropa diplomatiyasının rəhbəri bildirib.
 

Mənbə: www.yeniavaz.com