Miqran Azərbaycan əsgərinin Xankəndiyə gəlməsini gözləyir - 27 sentyabr və sonra...

Miqran Azərbaycan əsgərinin Xankəndiyə gəlməsini gözləyir -  <span class="qirmizi">27 sentyabr və sonra...</span>

“Bitdi! “Status-kvo” da, Qarabağa yüksək status da! Biz bu qara yara olan xalq üçün düşmənik, bunu heç bir status, heç bir birgə yaşayış dəyişdirə bilməz. Biz bunları son dığasınadək torpaqlarımızdan çıxarmayanadək axan qanımız durmayacaq, analarımızın göz yaşları qurumayacaq. Ağır yoldur, amma şərəfli və Azərbaycana yaraşan yoldur. Başqa yol yoxdur!” Bu sətirləri 2020-ci ilin şərəfli 27 sentyabr günündə, müharibə başlayandan bir neçə saat sonra yazmışdım. Ordumuza güvənərək, bu savaşdan mütləq qalib çıxacağımıza inanaraq! O inamın içərisində elə yaşantılar var ki, indi onları yazmaq, oxucuda azacıq təsəvvür yaratmaq belə mümkün deyil.

Sovet kinolarında olur: kimsə müharibə başlayan gün haqda “dünən kimi xatırlayıram…” deyər. 27 sentyabr da mənim yadımda elə kinodakı kimi qalıb.   

Ağdamlı bibim oğlunun ad günü idi, ona zəng etdim, “sənin yubileyinə bundan böyük hədiyyə olmazdı, kəndlərin ardınca Ağdam da işğaldan azad olunacaq” dedim. Ani sükutu telefonun o başından “Şuşasız Ağdamı neyləyirik…” sözləri pozdu. Nə biləydik ki, bu, 27 sentyabrın sonuna 8 Noyabr möhürünü vuracaq. Bu dəfə mənim yubiley günümdə həm də…

Gizlətmirəm, bu müharibənin sonunda düşmən ölkənin son nümayəndəsinədək torpaqlarımızdan təmizlənməsini istəmişəm. Erməninin Azərbaycanla düşmənçilikdən vaz keçməyəcəyini, dünyanın isə bu millətin içimizdən təməlli təmizlənməsinə imkan verməyəcəyini bilərək… Müharibədən keçən il və aylar bunu sübut edir. Son sərhəd qarşıdurmasında yenə şəhidlər verdik, yenə anaların ürəyi yandı, yenə uşaqlar atasız qaldı, yenə nişanlı qızlar sevdiklərini torpağa verdi.  

Düşmən yenə baş qaldırır - həm Ermənistanda, həm Qarabağda. Tarix bizi “cəzalandırıb” – belə sərhəd qonşusu, belə qəvi düşmən qismət etməklə... İçərilərindəki düşmənçilik o qədər güclüdür ki, ağır vəziyyətlərinə baxmayaraq, yenə sülh müqaviləsindən yayınırlar, torpaqlarımızda bizə nifrət bəsləyərək doğub-törəyirlər.

Ermənilər bu gün Xankəndidə “şəhər günü”nü qeyd edirlər. Araik ayaqqabısının bir tayını Şuşada qoyub qaçmışdı bu şəhərdə gizlənməyə, indi isə yenə “buynuz çıxarır”, yenə “nazirləri” dünyanın ən müxtəlif ölkələrində açdıqları hər qapıda bizim əleyhimizə danışırlar, anti-Azərbaycan təbliğatı aparırlar.

Erməni revanşizminin arxasında dayanan daha böyük iblislər var, Nensi Pelosi onlardan yalnız biridir… Bunlar ordusuna, liderinə yox, arvadlara güvənirlər hələ də... Ordumuzun qarşısından qaçaqaça düşən mifik erməni ordusu 44 günlük müharibədə necə idisə, yenə də o yerdədir: “Ermənistan ordusu qısırların ordusudur, qorxaqların və pullu muzdluların ordusudur! Bir ordu ki, yad ölkədə gəbərir, işğal etdiyi torpaq ona heç vaxt rahat məzar da olmaz. Bu ordu heç vaxt qalib də ola bilməz. Çünki haqqın, hüququn tərəfində deyillər, çünki zorla məskunlaşdıqları Şuşa, Ağdam, Laçın onlara heç zaman doğma yurd ola bilməz. Çox tezliklə başlarına dörd bir tərəfdən od yağanda qaçmağa dəlik axtaracaqlar. O qaçacaqları “dəliyi” - Laçın dəhlizini də bağlamaq lazımdır, nəyin bahasına olursa-olsun...”

edee3b3b91-Azerbaycan-ordusu-qurur-menbeyimiz-tehlukesizliyimizin-qarantidir.jpg (425 KB)

...Xankəndi gözəl şəhərdir, havası da, suyu da. Amma bu millət oranı “şeytan yuvası”na, düşmən ocağına çevirib. “Miqran zirzəmidə Azərbaycan əsgərinin Xankəndiyə gəlməsini gözləyir” məqaləsini də o günlərdə yazmışam. “Bir az da gözlə, xilaskar Azərbaycan Ordusu gəlib səni əxlaqsız siyasətçilərinin, işğalçı əsgərlərinizin qəddarlığı nəticəsində sığınmağa məcbur olduğun o qaranlıq zirzəmidən mütləq çıxaracaq. Bu gün Azərbaycanın müzəffər Ordusunun işğaldan azad etdiyi kəndlər sırasında Xocalının Qarabulaq və Moşxmaat kəndləri də var. Demək, Xankəndiyə az qaldı” deyə bilərik...

1648305054-750-450.jpg (153 KB)

2020-ci ilin 10 noyabrından keçən müddətdə baş verənlər göstərdi ki, bizim məsələ Xankəndi deyil. Azərbaycan dövləti öz şəhərinə bütün mümkün vasitələrlə nəzarət edir, Şuşanın ayağı altında həm də… Məsələ daha böyükdür, erməniləri sülh razılaşmasından sapındıran fərqli güclər də var. İran yalnız onlardan biridir. Amerika, Avropanın bəzi ölkələri… Baydenin qəbuledilməz “Qarabağ xalqı” ifadəsi... Bu, sülhə guya kömək etmək istədiyini hər addımda bəyan edən Ağ Evə sahib demokratlar hakimiyyətinin əslində nə qədər dağıdıcı mövqedə olduğunu göstərir. Azərbaycanın bölgədə inkişafını əngəlləyənlər bir yana, Amerika da, Fransa da anlaşmaya çomaq soxur. Azərbaycanın daima erməni terroru ilə üz-üzə qalmasını istəyirlər. Ya da deyirlər ki, onların şərtləri ilə sülh olacaq: “Qarabağ xalqı”, “Qarabağ muxtariyyəti” və sair…

Olmayacaq. Bunların heç biri olmayacaq! Müharibə olarsa, qələbə yenə bizim olacaq. Allah bütün şəhidlərimizə rəhmət etsin, qalib Azərbaycan üçün onlara borcluyuq...

Mənbə: musavat.com