Paşinyanın növbəti yalanı, bunun kimilər...

Paşinyanın növbəti yalanı, bunun kimilər...<span class="qirmizi"></span>

Ermənistanın Baş nazir Nikol Paşinyanın Azərbaycanla sərhəd bölgəsinə beynəlxalq müşahidəçilərin yerləşdirilməsi ilə bağlı iddiaları başdan ayağa böhtan və yalandan ibarətdir. Bu cür düşüncəyə necə qiymət vermək olar? Çox təəssüflər olsun ki, belə bir ikiüzlü siyasətçi ilə Azərbaycan danışıqlar aparmağa məcburdur. N.Paşinyanın bir sözü, yalanı səhərisi günü başqa ifadə ilə əvəz olunur. Görünən isə odur ki, bu cür patoloji yalançıların düzəlməsi mümkün deyil.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bunu Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Səməd Seyidov deyib.

O hesab edir ki, Ermənistan tərəfi hər bir mərhələdə, danışıqlar səviyyəsində xəyanət siyasətini əllərində bayraq edib:

"Osmanlı dövründən başlayaraq ermənilər hansı dövlətin zəifliyini hissi ediblərsə, dərhal ona xəyanət etməyə başlayıb. Məhz Osmanlı dönəmində ermənilərin davranışı bu cür olub. İndi isə Rusiyaya qarşı onlar açıq xəyanət yolu seçiblər. Halbuki onlar Rusiyanı hər zaman özlərinə böyük qardaş, az qala qalxan hesab edirdilər. Bəs nə baş verdi ki, ermənilər bir anın içərisində Rusiya prezidentinin şəkillərini Nensi Pelosinin portretləri ilə əvəzlədilər? Daha sonra isə ABŞ-a müraciət etməyə başladılar. Amm vaxtilə Rusiya, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkiları deyib oturmuşdular. İndi isə KTMT-dən çıxmaq niyyətindədirlər".

Səməd Seyidova görə, ermənilər Avropa Birliyi, ABŞ-la da ünsiyyətdə ola-ola onlara da xəyanət edir:

"Avropanın ən ali məmurlarından bir olan Şarl Mişelin yanında əldə edilmiş razılıqlara ermənilərin açıq xəyanətini indi hər kəs gördü. Brüsseldə bir söz deyib, İrəvanda, Moskvada başqa şeylərdən danışan da məhz ermənilər idi. Ona görə də, onların Amerika-Amerika deməklərinə baxmayın! Quyruqları qapı arasında qalan kimi, yenə Rusiya deyəcəklər. Bu baxımdan da, onların siyasətini təhlil etmək çox çətindir. Amma hər bir halda bizim üçün aydın olan odur ki, onlar bu xəyanət siyasəti ilə vaxt udmağa çalışır. Onu da müstəqil siyasətləri olmadığına görə edirlər".

Millət vəkili Ermənistanın son təxribatlarının da məhz prosesdə mümkün qədər vaxt uzatmağa hesablandığını söyləyib:

"Əgər Ermənistan bu gün Azərbaycanla sərhəd xəttindən danışırsa, öncə bu sərhəd xətti müəyyənləşməlidir. Məhz bundan sonra hansısa bir sərhəd xəttindən danışmaq olar. Ermənistan bu gün ərazisinə hansısa bir "hücumdan" danışırsa o ilk öncə özünün ərazi məsələsini həll etməlidir. Hələ də Azərbaycanın kəndləri erməni işğalındadır, Zəngəzur dəhlizi, kommunikasiyalar açılmayıb. Ermənistan bu məsələdə də üzərinə düşən işi görmək istəmir. Azərbaycan isə öz ərazisində kommunikasiyaların açılması üçün bütün zəruri işləri görüb. Bütün bunlar ona dəlalət edir ki, onlar hələ də Azərbaycanın regional və qlobal miqyasda artan rolunu həzm edə bilmirlər".

Milli.Az

Mənbə: news.milli.az