Rus ordusuna zərbə - Ağır döyüşlər gedir

Rus ordusuna zərbə -   <span class="qirmizi">Ağır döyüşlər gedir</span>

"Ukrayna Silahlı Qüvvələrinin hava hücumundan müdafiə bölmələri gün ərzində rus ordusuna məxsus bir təyyarə, bir helikopter və 8 pilotsuz uçuş aparatını məhv edib".

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatında deyilir.

Bildirilir ki, Ukrayna raket qoşunları və artilleriyası rus ordusuna məxsus 4 sursat anbarını və 6 nəzarət nöqtəsini vurub.

Məlumata görə, qarşı tərəfin 3 zenit müdafiə mövqeyi, canlı qüvvə və texnikasının 20-dən çox cəmləşdiyi ərazi vurulub.

Mənbə: news.milli.az