Hirkan Milli Parkının direktorunun saxlanılması ilə bağlı ETSN-dən açıqlama - YENİLƏNİB + FOTO

Hirkan Milli Parkının direktorunun saxlanılması ilə bağlı ETSN-dən açıqlama - <span class="qirmizi">YENİLƏNİB + FOTO</span>

Hirkan Milli Parkının direktorunun saxlanılması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) açıqlama verilib.

Nazirliyin mətbuat katibi İradə İbrahimova  bildirib ki, ağacların kəsilməsi ilə bağlı Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən araşdırma aparılır:

“Şübhəli şəxslər dindirilir. Parkın direktoru haqda yayılan məlumat həqiqəti əks etdirmir”.

***

Hirkan Milli Parkının direktoru Aqil Sucayev saxlanılıb.

Parkın direktoru və digər bir neçə əməkdaşı hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Onların hansı səbəbdən saxlanıldıqları barədə rəsmi məlumat verilməyib.

 

Mənbə: qafqazinfo.az