Moskvada aksiyada tutulanlar hərbi xidmətə aparılır

Moskvada aksiyada tutulanlar hərbi xidmətə aparılır<span class="qirmizi"></span>

Rusiyanın paytaxtı Moskva şəhərində səfərbərliyə qarşı keçirilən aksiyalarda 500-dən çox etirazçı inzibati məsuliyyətə cəlb edilib.

Rusiya KİV-i xəbər verir ki, aksiyalarda ümumilikdə 516 nəfər saxlanılıb, onlardan 514-ü barəsində protokol tərtib edilib.

Etirazçılardan birinə qarşı "Hakimiyyət nümayəndəsinə zor tətbiq etmə" maddəsi ilə cinayət işi başlanıb.

Məlumata görə, saxlalanılan 192 kişiyə hərbi komissarlığa çağırış vərəqəsi verilib.

Mənbə: news.milli.az