Qarabağ qaziləri də Mətbuat Şurasına seçildi

Qarabağ qaziləri də Mətbuat Şurasına seçildi<span class="qirmizi"></span>

Bu gün Azərbaycan jurnalistlərinin VIII qurultayı keçirilib. Qurultayda Mətbuat Şurasının İdarə Heyətinin və Nəzarət-Təftiş Komissiyasının yeni tərkibi seçilib. Ednews xəbər verir ki, bu seçimlərdə iki qazimiz də yer alıb.Belə ki, Xüsusi Təyinatlı Qüvvələrdə (XTQ) xidmət etmiş Vətən müharibəsi qazisi Bəhruz Məmmədzadə MŞ İdarə Heyətinin ictimaiyyət nüməyəndəsi seçilib.Digər bir qazimiz isə Qaziler.az saytının Baş redaktoru Rey Kərimoğlu Nəzarət-Təftiş Komissiyasına üzv seçilib.

Mənbə: ednews.net